Qelebə.az / "Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

6-01-2023, 18:48

Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandası yeni transferi Kriştianu Ronaldunu sifariş etmək üçün kamerunlu futbolçu Vensan Abubakarla vidalaşıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Avropa klublarından birinə icarəyə veriləcək.

Türkiyə "Fənərbağça"sı və İngiltərə "Mançester Yunayted"indən təklif alan afrikalı forvardın "qırmızı şeytanlar"ı seçəcəyi gözlənilir.

Qeyd edək ki, "Əl Nəsr"lə 2 illik müqavilə imzalayan Kriştianu Ronaldunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olacağı bildirilib.

Geri qayıt