Qelebə.az / Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

6-01-2023, 17:05

UEFA prezidentliyinə namizəd müəyyənləşib.

QELEBE.AZ saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun hazırkı rəhbəri Aleksander Çeferin növbəti seçkilərdə yeganə namizəd olacaq. 55 yaşlı sloveniyalı yenidən UEFA prezidenti seçiləcək.

Bu posta seçkilər aprelin 5-də keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabondakı Konqres çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA prezidentidir.

Geri qayıt