Qelebə.az / "Zirə"ni keçdilər, Rebiçi aldılar

"Zirə"ni keçdilər, Rebiçi aldılar

1-08-2025, 10:52

Xorvatiya təmsilçisi "Hayduk" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Split şəhərinin komandası xorvat hücumçu Ante Rebiçi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni komandasında 9 nömrəli formanı geyinəcək olan Rebiçlə 2026-cı ilin sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, təmsilçimiz "Zirə" UEFA Konfrans Liqası çərçivəsində ötən gün "Hayduk"a qarşı görüşdə məğlub olaraq mübarizəni dayandırıb (1:2).

Geri qayıt