Qelebə.az / Konfrans Liqası: "Sabah" öz meydanında "Petrokub"u darmadağın edib

Konfrans Liqası: "Sabah" öz meydanında "Petrokub"u darmadağın edib

31-07-2025, 22:00

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

APA xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" Moldovanın "Petrokub"unu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.

Geri qayıt