Qelebə.az / Məsiyev UEFA Superkubokuna təyinat alıb

Məsiyev UEFA Superkubokuna təyinat alıb

30-07-2025, 14:02

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joao Pedro Silva Pineyro idarə edəcək.

Qeyd edək ki, görüş avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək.

Geri qayıt