Qelebə.az / Luis Diazın yeni ünvanı bəlli oldu - Rəsmi

Luis Diazın yeni ünvanı bəlli oldu - Rəsmi

30-07-2025, 12:49

Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Luis Diazın transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, Münhen klubu 28 yaşlı kolumbiyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Transfer məbləğinin 75 milyon avro olduğu bildirilib.

Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Geri qayıt