Qelebə.az / "Bavariya" İngiltərə klubunun hücumçusunu transfer edib

"Bavariya" İngiltərə klubunun hücumçusunu transfer edib

30-07-2025, 12:20

Almaniyanın "Bavariya" klubu İngiltərə təmsilçisi "Liverpul"un hücumçusu Luis Diasın transferini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Münhen klubu ilə 4 illik müqavilə imzalayıb.

Transfer məbləğinin 75 milyon avro olduğu bildirilir.

Luis Dias 2024/2025 mövsümündə "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

Geri qayıt