Qelebə.az / “Qalatasaray”da yeni müqavilə

“Qalatasaray”da yeni müqavilə

29-07-2025, 17:12

Türkiyə Çempionu “Qalatasaray” müdafiəçisi Metehan Baltacı ilə yeni müqavilə imzalayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Metehan Baltacı bu mövsüm “cimbom” ilə 18 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt