Qelebə.az / "Bavariya" qapıçısı ilə müqavilənin müddətini uzadıb

"Bavariya" qapıçısı ilə müqavilənin müddətini uzadıb

29-07-2025, 14:53

Almaniyanın "Bavariya" klubu qapıçı Sven Ulrayxla müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı qapıçı Münhen klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, S.Ulrayx 2015-ci ildən Bundesliqa klubunda çıxış edir. Ötən mövsüm o, meydana çıxdığı 2 oyunda 2 qol buraxıb.

Geri qayıt