Qelebə.az / "Qalatasaray" iki futbolçu ilə müqaviləni yeniləyib

"Qalatasaray" iki futbolçu ilə müqaviləni yeniləyib

28-07-2025, 22:23

Yay transfer çalışmalarına davam edən "Qalatasaray" Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.

QELEBE.AZ xəbər verir ki, bu barədə klub TFF-yə məlumat verib.

"Sarı-qırmızılı" komanda Kaan Ayhanın müqaviləsini 2028-ci ilə qədər, Abdülkerim Bardakcının sözləşməsini isə 2027-ci ilə qədər uzadıb.

2024/25 mövsümündə "Qalatasaray" forması ilə bütün yarışlarda 43 matça çıxan Kaan Ayhan 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müqavilə müddəti uzadılan digər futbolçu Abdülkerim isə 49 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Geri qayıt