Qelebə.az / Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu

Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu

28-07-2025, 11:17

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da başlanacaq.
 

Geri qayıt