Qelebə.az / Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib

Azərbaycan millisinin İslandiya və Fransa ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib

28-07-2025, 11:16

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki matç saat 21:00-da start götürəcək.

Geri qayıt