Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq

Azərbaycanın 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 final matçına çıxacaq

27-07-2025, 10:22

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda bu raundda Çinlə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.

Geri qayıt