Qelebə.az / Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib

Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib

27-07-2025, 00:15

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

"Report" xəbər verir ki, komanda Ukrayna seçməsi ilə qarşılaşıb.

Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.

Geri qayıt