Qelebə.az / Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb

5-01-2023, 09:04

"Tottenhem"in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu buna "Kristal Pelas"a 4:0 hesabı ilə qalib gəldikləri XIX tur oyununda dubl etməklə nail olub.

İngiltərə millisinin üzvü yerli çempionatda vurduğu qolların sayını 198-ə çatdırıb. Keyn yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.

Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.

Geri qayıt