Qelebə.az / Millimizin üzvü Xorvatiya klubunda - RƏSMİ

Millimizin üzvü Xorvatiya klubunda - RƏSMİ

24-07-2025, 17:49

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub.

Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.

Rüfət "Varajdin"ə transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub.  Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Geri qayıt