Qelebə.az / Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

4-01-2023, 13:26

Rusiyanın "Krasnodar" komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Vladimir İviçə tapşırılıb. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

46 yaşlı baş məşqçi bu vəzifədə Aleksandr Storojuku əvəzləyib.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin "Krasnodar"a keçəcəyi gözlənilir. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

Geri qayıt