Qelebə.az / İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

4-01-2023, 04:14

İngiltərə çempionatının XIX turunun "Arsenal" və "Nyukasl" matçında qalibi müəyyən olunmayıb - 0:0.

"QELEBE.AZ"un məlumatına görə, oyun "Emirates" stadionunda keçirilib.

Mikel Artetanın komandası bu mövsüm üçüncü dəfə xal itirib. 19-cu oyunda “topçular”ın iki heç-heçə və bir məğlubiyyəti var.

"Arsenal" 44 xalla Premyer Liqanın cədvəlinə başçılıq edir. "Nyukasl" 35 xalla 3-cü yerdədir.

Geri qayıt