Qelebə.az / Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib

Azərbaycan milli komandası EYOF-a möhtəşəm start verib

22-07-2025, 22:19

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası möhtəşəm start verib. 

QELEBE.AZ xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçumuz çempionluq sevinci yaşayıb.

Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Geri qayıt