“Neftçi” növbəti transferini həyata keçirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.