Qelebə.az / Andrey Şevçenkonun oğlu İngiltərə klubuna keçib

Andrey Şevçenkonun oğlu İngiltərə klubuna keçib

22-07-2025, 22:08

Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian İngiltərənin "Uotford" klubu ilə peşəkar müqavilə imzalayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hücumçu 2023-cü ildən "Uotford"un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Ötən mövsüm 11 qol vuran Kristian eyni zamanda 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun komandası ilə "1+1" illik sözləşmə bağlayıb.

Qeyd edək ki, Kristianın atası Andrey Şevçenko 2004-cü il "Qızıl top" mükafatının sahibi olub. O, "Dinamo" (Kiyev) və "Milan" (İtaliya) klublarının heyətində ölkə çempionluqları yaşayıb.

Geri qayıt