Qelebə.az / "Zirə"nin baş məşqçisi braziliyalı futbolçunu komandada görmək istəmir

"Zirə"nin baş məşqçisi braziliyalı futbolçunu komandada görmək istəmir

22-07-2025, 17:56

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov braziliyalı futbolçu Rafael Utziqi komandada görmək istəmir.

"QELEBE.AZ" xəbər verir ki, mütəxəssis bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.

O, braziliyalı oyunçunu cəzaların gözlədiyini söyləyib:

"Komanda istirahətdən qayıtdıqdan sonra düşərgəyə qoşulmadı. Ona hələ ki, 4 həftə əvəzedici komandada məşq etmək cəzası vermişik və müəyyən məbləğdə pul cəriməsi alıb. Belə futbolçunu komandamda görmürəm. Utziqə bəzi klublardan təkliflər gəlmişdi. Lakin həmin təkliflər bizi qane etmədi".

Geri qayıt