Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
13:30. “Termalitsa Nyeçetşa” - "Neftçi" - 2:2