Qelebə.az / "Real"da zədə problemi: ENDRİKİN DURUMUNA AYDINLIQ GƏLDİ

"Real"da zədə problemi: ENDRİKİN DURUMUNA AYDINLIQ GƏLDİ

22-07-2025, 12:34

"Real"ın zədəli futbolçusu Endrikin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki. braziliyalı hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 

19 yaşlı futbolçunun zədəsi ciddidir. Onun bərpa müddəti 8-10 həftə çəkəcək.

Qeyd edək ki, "Real" Endriki ötən ilin yayında "Palmeyras"dan transfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt