Qelebə.az / "Bavariya" qapıçısını digər Bundesliqa klubuna icarəyə yola salıb

"Bavariya" qapıçısını digər Bundesliqa klubuna icarəyə yola salıb

21-07-2025, 22:51

Almaniya təmsilçisi "Bavariya" qapıçısı Daniel Peretsi digər Bundesliqa kollektivi "Hamburq"a icarəyə yola salıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin icarə müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, isralli Daniel Perets 2023-cü ildə "Makkabi"dən (Tel-Əviv) "Bavariya"ya transfer olunub.

Geri qayıt