Qelebə.az / Şahin Bağırov: "Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər"

Şahin Bağırov: "Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər"

21-07-2025, 17:30

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib:

"Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi. Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq".

Geri qayıt