Qelebə.az / UEFA Konfrans Liqası: "Araz-Naxçıvan"ın rəqibini Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan"ın rəqibini Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək

21-07-2025, 12:41

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi "Aris"i (Yunanıstan) Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək.

Bu barədə "QELEBE.AZ"a klubun mətbuat xidmətindən məlumat verilib.

Yunanıstan klubu Azərbaycana iyulun 22-də, axşam saatlarında gələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Geri qayıt