Qelebə.az / Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı

Renat Dadaşov debüt etdi, komandası qələbə qazandı

21-07-2025, 11:16

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Motor"un heyətində debüt edib.

QELEBE.AZ xəbər verir ki, Polşa çempionatının ilk turunda Dadaşovun komandası "Arka"nı qəbul edib.

Oyun "Motor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub.

Renat Dadaşov meydana 46-cı dəqiqədə daxil olub və 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Geri qayıt