Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbaxça" Portuqaliya düşərgəsində ikinci yoldaşlıq matçını keçirib.
Apasport.az xəbər verir ki, Türkiyə klubu "Leiria" ilə üz-üzə gəlib.
Qarşılaşma 2:0 türklərin xeyrinə başa çatıb.
"Fənərbaxça" növbəti yoldaşlıq oyununu iyulun 23-də "Əl-İttihad"a qarşı keçirəcək.