Qelebə.az / Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

18-07-2025, 21:27

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Görüşü Qal Leyboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq.

Oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.

Geri qayıt