Qelebə.az / Vaqif Sadıqov: “Əvəzedicilər Liqasının qorunub saxlanılmasını AFFA rəhbərliyinə təklif etmişdik”

Vaqif Sadıqov: “Əvəzedicilər Liqasının qorunub saxlanılmasını AFFA rəhbərliyinə təklif etmişdik”

18-07-2025, 16:33

AFFA rəhbərliyinə Əvəzedicilər Liqasının qorunub saxlanılmasını Məşqçilər Komitəsi (MK) təklif edib.

Bunu “Report”a MK-nın sədri Vaqif Sadıqov bildirib.

Mütəxəssis uşaq futbolunu, həmçinin ölkə çempionatlarını inkişaf etdirmək üçün layihə hazırladıqlarını söyləyib:

“Yeni təkliflər hazırlamışdıq. Böyük bir layihənin üzərində çalışırıq. Belə demək mümkündürsə, “piramida"nı aşağıdan-yuxarıya qədər təhlil etmişik. Təkliflərimiz arasında Əvəzedicilər Liqasının qorunub saxlanılması da var idi. Bunu tövsiyə etmişdik. Futbolçu oynamalıdır və biz də buna uyğun geniş layihə hazırladıq”.

Geri qayıt