Türkiyə Super Liqası təmsilçisi “Beşiktaş”da növbəti ayrılıq baş verib.
QELEBE.AZ xəbər verir ki, klubun İdarə Heyətinin sədri Tevfik Yamantürk vəzifəsindən istefa verib.
Bu barədə Yamantürk şəxsi açıqlama yayıb. O, 8 illik fəaliyyətdən sonra postunu könüllü olaraq tərk etdiyini bildirib.
Qeyd edək ki, Tevfik Yamantürk 2017-ci ildən etibarən Beşiktaş İdarə Heyətinə rəhbərlik edirdi.