Qelebə.az / Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub

Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub

17-07-2025, 19:59

3x3 basketbol üzrə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək qadın millimizin qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, millimiz B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.

Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.

Geri qayıt