Qelebə.az / İspaniya klubu dominikanlı müdafiəçi ilə müqavilə bağlayıb

İspaniya klubu dominikanlı müdafiəçi ilə müqavilə bağlayıb

17-07-2025, 17:23

İspaniyanın “Betis” klubu 28 yaşlı dominikanlı müdafiəçi Junior Firpo ilə müqavilə bağlayıb.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu İspaniya komandasına azad agent kimi qoşulub.

Qeyd edək ki, Junior Firpo 2021-ci ildən "Lids"də çıxış edirdi. O, 2024/25 mövsümündə keçirdiyi 35 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə verib.

Geri qayıt