Qelebə.az / Fransa millisinin üzvü PSV-də - RƏSMİ

Fransa millisinin üzvü PSV-də - RƏSMİ

17-07-2025, 15:59

PSV hücum xəttini yeni transferlə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, Niderland təmsilçisi "Borussiya Münhenqladbax"ın 32 yaşlı hücumçusu Alassan Plea ilə anlaşıb.

Bu barədə PSV-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, PSV fransalı futbolçu üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Alassan Plea Fransa millisində 1 rəsmi oyuna çıxıb. O, karyerası ərzində “Lion” və “Nitsa” klublarında da çıxış edib.

Geri qayıt