Qelebə.az / "Atletiko" ABŞ millisinin futbolçusunu heyətinə qatıb

"Atletiko" ABŞ millisinin futbolçusunu heyətinə qatıb

16-07-2025, 18:57

İspaniya təmsilçisi "Atletiko" (Madrid) ABŞ-li futbolçu Conni Kardozonun transferini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, son olaraq La Liqada "Betis"in formasını geyinib.

Qeyd edək ki, C.Kardozo 2020-ci ildən ABŞ yığmasının şərəfini qoruyur.

Geri qayıt