Qelebə.az / "Real" Lukas Vaskeslə yolları ayırıb

"Real" Lukas Vaskeslə yolları ayırıb

16-07-2025, 16:29

İspaniyanın "Real" klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.

Arxa xətt oyunçusu "Real"ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib.

Daha sonra icarə əsasında "Espanyol"a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən "Real"ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.

Geri qayıt