"Azərreyl" voleybol klubu yeni transferini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, komanda Şəfaqət Əlişanova ilə müqavilə imzalayıb.
Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı oyunqurucusu 2025/2026 mövsümündə “Azərreyl”in formasını geyinəcək.