Qelebə.az / İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

15-07-2025, 15:31

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Amsterdam kollektivinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Morro "Valyadolid"in heyətində 65 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həmçinin 2021-ci ildə ölkəsinin U-21 millisinin heyətinə cəlb olunub.

Geri qayıt