Qelebə.az / "Neftçi" azərbaycanlı futbolçu ilə müqaviləyə xitam verdiyini açıqlayıb

"Neftçi" azərbaycanlı futbolçu ilə müqaviləyə xitam verdiyini açıqlayıb

14-07-2025, 15:52

“Neftçi” klubu futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar"ın yetirməsi olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı "Neftçi"də 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Geri qayıt