Qelebə.az / "Turan Tovuz" azərbaycanlı futbolçunun çıxış etdiyi komanda ilə üz-üzə gələcək

"Turan Tovuz" azərbaycanlı futbolçunun çıxış etdiyi komanda ilə üz-üzə gələcək

14-07-2025, 11:25

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 19-da Türkiyənin I Liqa təmsilçisi “Çorum” ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Çorum"da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.

Geri qayıt