Qelebə.az / Azərbaycan klubu braziliyalı futbolçunun transferini açıqlayıb

Azərbaycan klubu braziliyalı futbolçunun transferini açıqlayıb

13-07-2025, 17:13

"İmişli" klubu heyətinə daha bir legioner futbolçu cəlb edib.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub braziliyalı Rafael Vieqasla anlaşıb.

31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Geri qayıt