Qelebə.az / Braziliyalı məşhur futbolçu karyerasını Qətərdə davam etdirəcək

Braziliyalı məşhur futbolçu karyerasını Qətərdə davam etdirəcək

13-07-2025, 11:51

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı hücumçu "Əl-Sədd"də çıxış edəcək.

Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının formasını geyinib. O, 65 matçda 21 qol bə 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt