Qelebə.az / Piolinin yeni komandası müəyyənləşib

Piolinin yeni komandası müəyyənləşib

12-07-2025, 14:52

Stefano Pioli "Fiorentina" baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, İtaliya klubu 59 yaşlı mütəxəssislə üç illik müqavilə imzalayıb.

Pioli futbolçu kimi 1989-1995-ci illərdə "Fiorentina"da çıxış edib və 2017-2019-cu illərdə məşqçi kimi komandaya rəhbərlik edib.

Qeyd edək ki, italiyalı mütəxəssis son olaraq Kriştianu Ronaldolu "Əl-Nəsr"i çalışdırıb.

Geri qayıt