Qelebə.az / Antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb

Antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb

12-07-2025, 12:00

DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın "Padova" klubu ilə müqavilə imzalayıb.

"QELEBE.AZ" B Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti iki illikdir.

Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.

Qeyd edək ki, hücumçu 2023-cü ilin payızında dopinq testindən keçə bilmədiyi üçün iki il müddətinə diskvalifikasiya olunmuşdu.

Geri qayıt