Qelebə.az / Sabiq "Fənərli" Super Liqaya qayıtdı

Sabiq "Fənərli" Super Liqaya qayıtdı

11-07-2025, 19:32

Super Liqa komandalarından "Kasımpaşa" daha əvvəl "Fənərbaxça"da çıxış edən macar müdafiəçi Attila Szalaini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-22 və 2022-23 mövsümlərində "Fənərbaxça"da çıxış edən Szalai ilə icarə əsasında 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Szalai ötən mövsümün ikinci yarısını da Belçikanın “Standard Liege” klubunda keçirib.

Geri qayıt