“Qalatasaray” Viktor Osimhenin transferini yekunlaşdırmağa çox yaxındır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" 26 yaşlı nigeriyalı forvardın transferi üçün "Napoli" ilə razılaşmanı bank qarantiya məktubu ilə təmin edib.
bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, Super Liqa çempionu hazırda A Seriyası təmsilçisinin prezidenti Aurelio De Laurentisin cavabını gözləyir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Osimhen İstanbul klubunun heyətində 41 rəsmi oyuna çıxaraq 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.