Qelebə.az / Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

29-12-2022, 17:50

Ukraynanın "Lvov" klubunun qapıçılar üzrə məşqçisi Vasili Xomutovski Belarusda həbs edilib.

"QELEBE.AZ" "Tribuna" nəşrinə istinadən xəbər verir ki, buna 44 yaşlı mütəxəssisin 2020-ci ildə müxalifətin aksiyalarında iştirakı səbəb olub.

O, iki il müddətinə azadlıqdan məhrum edilib. Xomutovski ictimai asayişin kobud şəkildə pozulmasının təşkilində və hazırlanmasında günahlandırılıb.

Qeyd edək ki, Vasili Xomutovski 2000-2008-ci illərdə Belarus yığmasının formasını geyinib.

Geri qayıt