“Atalanta”nın və İtaliya millisinin hücumçusu Mateo Reteqi karyerasını Səudiyyə Ərəbistanınında davam etdirməyə yaxındır.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, forvard “Əl-Qadsiya” klubu ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transfer üçün “Atalanta”ya 67 milyon avro ödəyəcək.
Keçidin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Reteqi ötən mövsümdə A Seriyasında 36 oyunda 25 qol vurub.