Qelebə.az / “Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

29-12-2022, 16:20

“Kəpəz” futbolçusu Peyman Keşavarzi ilə yollarını ayırıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iranlı müdafiəçi ilə mövsümün sonuna qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Peyman Keşavarzi “Kəpəz”dən əvvəl Azərbaycanda “Sumqayıt” və “Səbail”in formasını geyinib.

Geri qayıt